biznesmenlər qrup fotosu

Sahibkarlıq krediti nədir?

Sahibkarlıq krediti adi istehlakçı kreditindən başda məbləğinə görə fərqlənir. Sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş kreditdir. Lakin, daha da dərindən araşdırsaq, görərik ki, “sahibkarlıq krediti” adlandırdığımız biznes kreditləri bitməyən bir dərya imiş.

Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

Sahibkarlıq kreditinin növləri

Belə ki, sahibkarlıq kreditinin bir sıra növləri vardır və biznesin böyüklüyü ilə yanaşı götürüləcək kreditin məbləğindən asılı olaraq onlar 2 qrupa bölünürlər: Mikro biznes və biznes kreditləri. İlk öncə, biznes kreditlərindən başlayaq:

Biznes kreditləri

Mikro biznes kreditindən başlıca fərqi məbləğinə görədir. Bir çox banklarda bu növ kreditin maksikmal həddi 5 milyona kimi çıxa bilir və bu böyük biznes sahibkarları üçün qaçınılmaz fürsətdir. Təminat növləri kimi bir çox banklarda daşınar və daşınmaz əmlak, biznes avadanlığı və yaxud da ki, zaminlik tələb oluna bilər. Bu tip kreditlər dollar ekvivalenti ilə də alına bilər.

Mikro biznes kreditləri

Mikro biznes kreditləri növlərinə görə 3 əsas qrupa bölünür:

  • AKİA kreditləri
  • SİF kreditləri
  • Aqrar kredit

AKİA kreditləri

Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına kreditləşmə növü olan AKİA kreditləri digər kredit növlərindən fərqli olaraq girov tələb etmir, bunun əvəzinə rəsmi gəlirə malik olan zamin tələb olunur. AKİA kreditlərinin bir sıra tələbləri ola bilər, lakin bu müxtəlif banklardan asılı olaraq da dəyişə bilər. Biz bir çox bankın xüsusiyyətini araşdırdıq və ostaq tələbləri sizə təqdim edirik: AKİA kreditinin kənd təsərrüfatı qolu üçün üçün tələb olunanlar sırasında başlıca olaraq:

  • Şəxsiyyət vəsiqəsi;
  • VÖEN
  • Son 2 il ərzində kredit tarixçəsində gecikdirilmiş kredit olmamalıdır(banka görə dəyişə bilər)
  • EKTİS-də (Elektron Kənd Təsərrüfatı Sistemi) qeydiyyatda olan fermer olmalıdır

Sadaladıqlarımız bir çox bankın tələbləri üst-üstə düşən tələblərdir, lakin unutmayaq ki, banklar çoxdur və onlar özlərinə görə nə qədər çox qayda tədbiq etsələr də, bu qaydalar başlıca qaydalardan sayılır.

SİF kreditləri

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə həyata keçirilən kreditlərə deyilir ki, bu kreditlər də çox böyük fürsətləri özündə cəmləşdirir. AKİA kreditində olduğu kimi, sizin üçün bir çox bankın SİF krediti almaq üçün tələb etdiyi sənədləri sadalayırıq:

  • Şəxsiyyət vəsiqəsi;
  • VÖEN;
  • Lahiyənin həyata keçirildiyi yerə və ya əmlaka dair hüquqlarını təsdiq edən sənəd (çıxarış və ya icarə müqaviləsi);
  • 30 000 AZN-dək girovsuz (məbləğ şərtidir, müxtəlif banklarda fərqli məbləğlər ola bilər.)

Yenidən qeyd etdiyimiz kimi, rəqəmlər şərtidir, və banklardan asılı olaraq dəyişə bilər.

Aqrar kreditlər

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulmuş kredit növüdür. Aqrar kreditin başlıca tələbi isə təminat növüdür və təminat növü kimi tələb oluna biləcəklər bulardır:

  • Zaminlik;
  • Daşınmaz əmlak;
  • Nəqliyyat vasitəsi;

Təbii ki, bu təminat növləri kreditin məbləğinə görə də dəyişə bilər. Məsələn, Əgər siz fermersiz və sizin kredit məbləğiniz azdırsa, bu halda sizdən tranktorunuz təminat vasitəsi kimi istənilə bilər. Məbləğ böyüyərsə əgər, bu artıq yaşadığınız əmlakla və ya digər əmlakla əvəzlənə bilər.

Şərtlər fərqli ola bilər və bu sizdə narahatçılıq yarada bilər ki, bu da normal bir haldır. Lakin Ən əsası doğru bankı seçməkdir ki, bu emosiyalar davamlı olmasın😄.

Categories: