Aqrar kredit haqqında bilmədiklərin

Aqrar kredit nədir?

Aqrar kredit- Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulmuş olan kredit növüdür ki, bundan sahibkarlar öz bizneslərini inkişaf etdirmək məqsədilə istifadə edə bilər. Bu kreditdən yararlanan sahibkarlar, öz kənd təsərrüfatı bizneslərini kollektor-drenaj sistemləri, müxtəlif aqrar avadanlıqlar ilə rahatlıqla təmin edə bilərlər. İndi isə, aqrar kredit haqqında 3 maraqlı fakta nəzər salaq:

Fakt №1: Təminat növü

Bu kredit üçün nəzərdə tutulmuş olan təminat növü müxtəlif bankların tələbindən asılı olaraq dəyişsə də, biz sizin üçün bankların ortaq tələblərini araşdıraraq sizə təqdim edirik. Belə ki, bankların ortaq təminat növləri:

  • Daşınmaz əmlak;
  • Nəqliyyat vasitəsi;
  • Zaminlik;

ola bilər. Təbii ki, müxtəlif bankarın tələbləri bir-brirndən fərqlənə bilər, lakin bu 3 təminat növü ortaq olaraq bir çox bankın tələblər siyahısında yer ala bilər. Təbii ki də, kredit olaraq götürəcəyiniz məbləğ təklif edəcəyiniz təminat növünə də təsirsiz ötüşməyəcəkdir. Təqdim edəcəyimiz təminat növü də biznesinizin növündən asılı olaraq dəyişəcəkdir. Bunu daha aydın anlamaq üçün bir nümunə üzərindən hərəkət edək: Məsələn tutaq ki, siz fermersiniz və sizin kombaynınız var. Götürəcəyiniz kreditin məbləğindən asılı olaraq təminat növü kimi kombaynınız göstərilə bilər, və yaxud da ki, əgər kredit məbləğiniz daha yüksək olarsa, buraya ev də daxil ola bilər.

Fakt №2: Götürəcəyiniz kredit məbləğinin müddət aralığı və güzəşt müddəti

Əgər sizin aqrar kredit götürdüyünüzü nəzərə alsaq, böyük ehtimal ki, siz kənd təsərrüfatı sahəsində çalışan bir sahibkarsınız və öz gəlirinizi illik və ya ildə 2 dəfə olmaqla götürəcəksiniz. Nəzərə alsaq ki siz adi istehlakçı kreditində olduğu kimi hər ay ödəyə bilməyəcəksiz, bu da o deməkdir ki, siz kredit müddətini öz gəliriniz ilə elə şəkildə uyğunlaşdırmalısınız ki, krediti ödəməli olacağınız tarix sizin öz kənd təsərrüfatı biznesinizdən əldə olunan məhsulların satılması prosesini ertələməsin, əks halda, kredit tarixçəniz mənfi rəylərə tuş gələ bilər. Bundan əlavə olaraq, bu cür düşünək:

Kreditin istifadəsinə dair misal:

Tutaq ki, siz quşçuluq sahəsinə rəhbərlik edən bir sahibkarsınız. Bir toyuğun böyüyüb məhsuldar olaması üçün 1 il yarım tələb olunursa (rəqəmlər şərtidir), sizin 1 illik və 3 ay güzəşt müddəti olan kredit götürməyiniz absurd məsələ hesab edilər. Sizin məhsulu almağınızdan əlavə olaraq, onun satış prosesinin tələb edəcəyi vaxt da nəzərə alınmalıdır. Hər halda, kredit natura şəklində ödənmir😄.

Fakt №3: Ödənişin annuitet və ya aylıq olmasına əsasən bank seçimi etmək

Belə ki, bizneslər müxtəlifdir və bu müxtəliflik özünü onların gəlir qazandırma prosesində də göstərir. Kənd təsərrüfatının elə sahələri vardır ki, bu sahələrdə çalışan sahibkarlar öz gəlirlərini aylıq, digər sahibkarlar isə, illik əldə edirlər. Məhz, bunu nəzərə alaraq sahibkarlar, özlərinə uyğun bankı seçməlidirlər. Çünki, bəzi banklar kredit ödənişini annuitet, yəni illik, digərləri isə, aylıq olaraq tələb edir. Buna əsaslanaraq, sahibkar kredit götürməzdən əvvəl doğru və əsaslı məlumatlara əsaslanan bazar araşdırması edərək aqrar kredit götürməlidir, əks halda, gəlir qazanmaq istədiyi halda ziyana düşə bilər.

Sənədlər haqqında əlavə məlumat ala bilmək üçün Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun saytına nəzər yetirə bilərsiniz.

Categories: