"Biznes kredit və Mikro Kredit" yazılı, arxa fonda düşən dollarlar olan şəkil

Biznes krediti və mikro kredit

Biznes krediti və mikro kredit haqqında mütləq bilməli olduğunuz TOP 5 nüansı vədimizə sadiq qalaraq sizə təqdim edirik.

Nüans №1. Hansı biznesə başlayırsınız?

Təbii ki də, hansı biznesə başladığınız, götürəcəyiniz kreditin növündən də çox asılıdır. Məhz buna görə də, biznes kreditlərinin növlərinə diqqət yetirmək lazımdır. Çünki, doğru biznes kreditini götürəcəyiniz təqdirdə, müxtəlif imkan və üstünlüklərdən yararlana biləcəksiniz. Gəlin Müxtəlif bizneslər üçün nəzərdə tutulmuş kredit növlərinə nəzər salaq:

  • Aqrar kredit– Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün nəzərdə tutulmuş kredit növüdür. Bu kimi kredit müxtəlif bankların müştəri komfortluğu dərəcəsindən asılı olaraq, müxtəlif şəkildə verilə bilər. Məsələn, bəzi banklar var ki, aqrar krediti nağd üsulla verməklə yanaşı, həm də pulsuz şəkildə aqro kredit kartı təklif edir ki, bu da müştəri rahatlığı üçün önəmlidir. Kreditin verilmə üsulları bankın təklif etdiyi məhsuldan da asılı ola bilər. Məsələn, bank öz məhsulu kimi həm aqrar kredit, həm də aqro kredit kartı kimi müştəri xidmətləri təklif edə bilər.
  • SİF kreditləri-Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə həyata keçirilən kreditlərdir ki, bundan müxtəlif peşə sahibləri xırda biznesə başlamaq üçün istifadə edə bilər. Bu tip kreditin bir sıra üstünlük ləri vardır ki, bunun ən başında duranı da aşağı faiz dərəcəsidir.
  • AKİA kreditləri– Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına kreditləşmə üsulunda ən üstün cəhət ondan ibarətdir ki, burda girov tələb olunmur. Amma digər kreditləşmə üsullarında isə, təminat növləri kimi daşınar və daşınmaz əmlak və ya biznes avadanlığı tələb olunur.

Nüans №2 Alacağınız mikro və biznes kreditdə təklif edəcəyiniz təminat növləri

əl içində ev əl və ev ev sığortası

Adından da göründüyü kimi, biznes krediti adi istehlakçı kreditindən fərqli olaraq, zaminlik və təminat növləri istəyə bilər. Təminat növləri – daşınan və ya daşınmaz əmlak, biznes avadanlığı və yaxud da zaminlik ola bilər. Unutmayaq ki, sahibkara veriləcək məbləğ onun təminat növü və ya biznesinin böyüklüyündən asılı oçaraq azalıb-çoxala bilər. Lakin, aranızda elə şəxslər ola bilər ki, onların təminat növü yetərincə olmasın və ya istədiyi məbləğdə kredit üçün yetərli həcmdə olmasın. Bu zaman bu kimi şəxslərin yardımına AKİA kreditləri çata bilər, hansı ki, az öncə də bəhs etdiyimiz kimi, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına kreditləşmə ilə həyata keçirilir. AKİA kreditlərində digər növ kreditlərdən fərqli olaraq, təminat vasitəsi və ya girov tələb olunmur, sadəcə rəsmi gəlirə malik olan zamin lazım olur.

Nüans №3 Güzəşt müddətinin sahibkar stimmuluna təsiri

saat əqrəbi tutan adam saat və adam

Nəzərə alsaq ki, güzəşt müddəti sahibkarın əhval-ruhiyyəsinə önəmli dərəcədə təsir edir, bu da bizə güzəşt müddəti daha çox olan bankı seçməyə əsas verir. Bunu daha asan anlamaq üçün sadə bir nümunə üzərindən hərəkət edək: Tutaq ki, sahibkarımız maldarlıqla məşğul olmağa qərar verib və bunun üçün banka yaxınlaşaraq 14 aylıq 6 ay güzəşt müddətli biznes krediti götürüb. Bu sahibkarın biznesi isə yanlış bank seçiminə görə çox gümanki, uğursuz olacaq. Nəyə görə uğursuz? Nəzərə alsaq ki, bir qoyunun tam böyüyərək sahibkara gəlir qazandıra bilməsi üçün 18-24 ay vaxt keçməsi lazımdır. Lakin, bu sahibkar nəinki heyvanın böyümə müddətini, heç kreditin qaytarılma müddətini və məhsulun satılıb gəlir gətirəcəyi vaxt kəsiyini belə nəzərə almayıb. Sahibkardan əlavə olaraq, bankın təklif etdiyi güzəşt müddəti isə, azdır. Bu da çox gümanki, biznesin uğursuz olması ilə yanaşı, sahibkarın mental-psixoloji sağlamlıq vəziyyətinə də mənfi təsir edəcəyinə dəlalət edir. Məhz buna görə də, sahibkar biznesinin uğurlu olması üçün kredit götürərkən faiz dərəcəsi ilə yanaşı, onun güzəşt müddətinə də diqqət yetirməlidir. Unutmamalıyıq ki, hər şeydən önəmli olan bizim sağlamlığımız və mental vəziyyətimizdir.

Nüans№ 4 Komissiya dərəcəsi neçə faizdir?

Faiz dərəcəsi qədər önəmli olan bir nüans varsa, o da komissiya dərəcəsidir. Hər nə qədər kölgədə qalmış olsa da, sahibkar uğuruna sahib olan ən xırda detallardan biridir. Nə də olsa, bu faiz dərəcəsi ümumi faiz dərəcəsi ilə birgə hesablanır. Məhz buna görə də, sahibkarlar ödəyə biləcəkləri məbləğə əsasən ümumi faiz dərəcəsi seçməklə yanaşı, komissiya dərəcəsinə də nəzər yetirməlidirlər.

Nüans№ 5 Doğru bankı seçmək

Doğru bank – doğru iş yoldaşı kimidir. O, sizə biznes yolunuz boyu sizinlə yol yoldaşı olacaq. Məhz buna görə də, doğru yol yoldaşı seçmək lazımdır ki, sizi yarı yolda qoymasın. Əlverişsiz kredit şərtləri, yüksək faiz və komissiya dərəcəsi, qısa müddətli güzəşt və ödəmə müddəti, pessimist personal və ləng işləyən proseslər sizin biznesinizdən öncə, sizin mental sağlamlığınıza mənfi təsir edəcək. Düzdür, biznes uzun və çətin yoldur və bu yolda keçəcəklərimiz olacaq. Lakin, iş yoldaşı kimi seçəcəyimiz bankın şərtlərinin uyğun olmaması, onunla işləməyə məcbur olduğumuz anlamına da gəlmir. Unutmayın ki, sizin sağlamlığınız normal vəziyyətdə olmasa, biznesinizin taleyi də sual altında olacaq. Məhz buna görə də, sizə əsl yol yoldaşı olacaq bankı seçmək başlıca proritetiniz olmalıdır.

Categories: